Azedu.az

Turizm Könüllüləri Təşkilatı MDU-da təqdimat keçirib

Universitetlər

10 Mart 2025, 15:00
Turizm Könüllüləri Təşkilatı MDU-da təqdimat keçirib

5 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Turizm Könüllüləri Təşkilatı (TKT) tərəfindən təqdimat keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Turizm Könüllüləri İctimai Birliyinin direktoru Nurlana Paşayeva çıxış edərək, gəncləri turizmin dayanıqlı inkişafına dəstək verməyə çağırıb. Nurlana Paşayeva təşkilatın məqsəd və fəaliyyət istiqamətləri barədə məlumat verərək, turizm sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi və vətəndaş cəmiyyətinin formalaşdırılması yönündəki fəaliyyətlərini vurğulayıb.

TKT-nin məqsədi universitetlərdə təhsil alan gəncləri birləşdirərək onların turizm sahəsindəki bilik və bacarıqlarını artırmaqdır. Eyni zamanda təşkilat turizm könüllüləri arasında vahid bir baza yaradaraq fəaliyyətlərini genişləndirməyi planlaşdırır. Bu layihə xüsusən regionlardakı universitetlərdə turizm sahəsinə dair təbliğatın artırılmasını hədəfləyir. 2025-ci ildə keçiriləcək MDB oyunları zamanı fəaliyyət göstərəcək turizm könüllülərinin bazasının formalaşdırılması da layihənin əsas məqsədlərindəndir.

TKT 10 mart 2025-ci ildə xüsusilə ingilis və rus dili bilən tələbələrin iştirak edəcəyi məlumat xarakterli görüşlər keçirməyi təklif edir. Bu görüşlər, tələbələrə turizm sahəsi üzrə məlumat vermək, könüllülük fəaliyyətlərinə cəlb etmək və gələcəkdəki planlar haqqında məlumatlandırmaq məqsədini güdür.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox