Azedu.az

“Abituriyentlərin yoxlanılma qaydaları dəyişməlidir”

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

3 İyun 2024, 15:14
“Abituriyentlərin yoxlanılma qaydaları dəyişməlidir”

“DİM tərəfindən keçirilən imtahanlarda abituriyentlərin əl ilə yoxlanılması böyük bir problemdir”.

 

Bu sözləri AzEdu.az-a  açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

 

Təhsil ekspertinin sözlərinə görə bu istiqamətdə müəyyən tədbirlər görülməlidir:

 

“Ötən illərdə də abituriyentlərin yoxlanılması ilə bağlı bəzi problemlərlə qarşılaşdıq. Təbii ki, imtahan zalına kənar əşyaların daxil olunmaması üçün DİM-də bu istiqamətdə müəyyən tədbirlər görməlidir. Amma biz müasir sivilizasiyada yaşayırıq. Artıq elektronlaşdırılmış sistemlər mövcuddur. Abituriyentlərin fərqli formalarda insan əli ilə yoxlanılması onların həyəcanını daha da artırır. Namizədlər qəbul imtahanında iştirak edərkən yüksək əhvali-ruhiyyə ilə iştirak etməlidirlər. Qız abituriyentlərin yoxlanılmasında bəzi qeyri- etik halların baş verməsi bu il o qədər də diqqət çəkmədi. Amma keçən il diqqət çəkmişdi. Əlbəttə ki, bu hal yolverilməzdir”.

 

Ramin Nurəliyev bildirib ki, imtahan zalında nəzarətçilər varsa və bu nəzarətçilər imtahanın gedişinə nəzarət edirlərsə, abituriyent imtahan zalına  əlavə əşya ilə iştirak etsə belə nəzarətçi bunu görməlidir:

 

“İmtahan nəzarətçisinin vəzifələrindən biri də abituriyentlərin imtahanda tələb olunmayan və yaxud da imtahanda qadağan olunan əşyalardan istifadə olunmasına yol verməməkdir. Buna içəridə olan  nəzarətçi tam nəzarət edərsə və bu nəzarətçi DİM tərəfindən ciddi şəkildə təlimatlandırılarsa, burada əlavə yoxlanışa da ehtiyac olmaz”.

 

Təhsil eksperti vurğulayıb ki, DİM yoxlama prosesində müəyyən yüksək texnologiyalardan istifadə etməlidir. Lakin hazırda buna büdcə yol vermir:

 

“Çünki hər il yüz minlərlə abituriyent imtahanda iştirak edir. Onların yoxlanılması üçün lazımi elektron avadanlıqlar büdcəyə uyğun deyil. Bunu heç dünyanın inkişaf etmiş ölkələri edə bilmirlər. Məsələnin reallaşması üçün müəyyən vəsait lazımdır”.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox