Azedu.az

Ali təhsillə bağlı 570 təklif verilib - PARLAMENT

Universitetlər

Seçilmişlər

13 Mart 2023, 10:20
Ali təhsillə bağlı 570 təklif verilib - PARLAMENT

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı 570 təklif daxil olub.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

O qeyd edib ki, təkliflər müzakirə edilib və 301 təklif qanun layihəsində nəzərə alınıb. 

B.Əliyev vurğulayıb ki, qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmə keçirilir. Dinləmədə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri və deputatlar iştirak edir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox