Rusiyada bir sıra peşə sahibləri üçün güzəştli avtokreditlərin verilməsi 2023-cü ildə də qüvvədə olacaq.
AzEdu.az xəbər verir ki, Rusiya Ticarət Nazirliyinin məlumatına görə, müəllimlər, həkimlər və Xüsusi Hərbi Əməliyyatın iştirakçıları bu kateqoriyadan olan peşə sahiblərinə daxildir.
Bu kateqoriyadan olan peşə sahibləri kreditlə maşın alarkən qiymətin 20 faizi həcmində güzəşt edilir. Amma Rusiya istehsalı və qiyməti 2 milyon rubla qədər olan maşınların alınması şərtdir. Rusiya istehsalı olan elektromobillər üçün isə 25 faiz və ya 625 min rubla qədər güzəşt edilir.