Xəbər verdiyimiz kimi 2023-cü ilin fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Fəlakətdə həlak olanlar sırasında 4 azərbaycanlı tələbə olub.
AzEdu.az xatırladır ki, Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə İnönü Universitetinin tələbələri idilər. Bu gün onların vəfatından 2 il ötür.
Onların cəsədləri zəlzələdən bir neçə gün sonra, uzun axtarışlar nəticəsində fevralın 14-də dağıntılar altından çıxarılıb.
Allah rəhmət eləsin!