Azedu.az

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə 1552 layihə təqdim edilib

Elm və Təhsil Nazirliyi

11 Aprel 2025, 16:05
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə 1552 layihə təqdim edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 1552 layihə təqdim edilib. Daxil olan layihələrin 54-ü (3%) ümumi təhsil müəssisələrinin, 1498-i (97%) təhsilverənlərin fərdi layihələridir.
 

AzEdu.az xəbər verir ki, cari müsabiqə iştirakçılarının 676-sı (44%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 18-i “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 658-i “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub.
 

Qeyd edək ki, IX qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox