Namazova Sevda Fazil qızı 1971-ci ildə Ağdamda anadan olub;
1978-1988 illərdə Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsil alıb;
1990-1995 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (qiyabi) ali təhsil alıb;
Təhsil aldığı illərdə Pionerlər evində dərnək rəhbəri;
Dünyada ikinci sayılan Ağdam Çörək muzeyində ekskursiya rəhbəri;
Ağdam işğal olunduqdan sonra Şirvan şəhərindəki 1N:-li orta məktəbdə ibtidai sinif müəllimi;
1996-cı ildən Bakı şəhər Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi:
İşlədiyi müddətdə məktəb rəhbərliyi tərəfindən dəfələrlə təşəkkürnamə və Fəxri fərmanlarla təltif olunub. Müxtəlif mövzularda təşkil olunmuş konfransların və seminarların iştirakçısı olmuş və sertifikatlar qazanıb;
4 oktyabr 2016-cı ildə “Gənc nəslin təlim-tərbiyəsində göstərdiyi səmərəli fəaliyyətinə görə” Təhsil naziri tərəfindən Fəxri fərmanla təltif olunub;
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb;
2019-cu ildə “Təhsilalanların riyaziyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər” kitabı çapdan çıxıb;