Şamaxı şəhər 2 saylı tam orta məktəbin Fizika müəllimidir;
Məmmədova Könül Səlahətdin qızı 2020-ci ildə STEAM Azərbaycan layihəsi çərçivəsində PBL, Micro:bit, 3D CAD modulları üzrə təlimi bitirmişdir. 2022-ci ildə Təhsildə İnnovativ Texnologiyalar əlavə Təhsil Mərkəzinin onlayn kommunikasiya məsafədən öyrənmə və İKT savadlılığının artırılması üzrə 36 saatlıq
təlim, 2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumtəhsil müəssisələrində
STEAM fənninin tədrisinin təkmilləşdirilməsi üzrə STEAM təlimində iştirak etmiş və bu
təlimlər çərçivəsində sertifikatlar almışdır;
AMİ Şamaxı filialı tərəfindən "Tənqidi təfəkkürün inkişafı üçün müdafiə və yazı" alternativ proqramı ixtisası üzrə ixtisasartırma kursunu bitirmişdir;
Rəhbərlik etdiyi komanda 9-10 dekabr 2022 ci il tarixlərində "STEAM Azərbaycan" layihəsi çərçivəsində keçirilən SAF STEAM Azərbaycan beynəlxalq yarışında IV yeri tutmuşdur;
2022-2023-cü tədris ilində 7-ci sinif şagirdi Mütəllimov Siyavuş Vüsal oğlu Fizika fənni üzrə Respublika fənn müsabiqəsində bürünc medal qazanmışdır;
11-ci sinif şagirdi Əliyev Cəlil Rəsul oğlu isə Respublika Fənn Olimpiadasında fizika fənni üzrə bürünc medal qazanmışdır.