İsmayıllı şəhər Eldar Məmmədov adına 3 saylı məktəb-liseyin Azərbaycan dili və
Ədəbiyyat müəllimidir;
Muradlı Çingiz Məzahir oğlu 1978-ci il 30 iyulda İsmayıllı şəhərində anadan olub. 1984-1995-ci illərdə İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995- ci ildə ADPU-nun filologiya fakultəsinə qəbul olunub və 1999-cu ildə məzun olmuşdur;
1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi- hərbi xidmət edib;
2003-cü ilin fevral ayında İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinə tərbiyə işləri üzrə
direktor müavini, 2003-cü ilin sentyabr ayında İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinə
tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir4
2007-ci ilin sentyabr ayında ərizəsinə əsasən həmin vəzifədən azad edilmiş və Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir;
23 illik pedaqoji stajı var;
2001-ci ildən ARTN-nin və Açıq Cəmiyyət İnistitutunun təlimlərinə qoşulmuşdur. Sonrakı illərdə dəfələrlə müxtəlif təlim və kurslarda, seminar və treninqlərdə iştirak etməklə 50-dən çox sertifikat və diplomla təltif edilmişdir;
2013-2015-ci tədris illərində SDU –da Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası üzrə magistr təhsili alaraq elmi iş müdafiə edərək magistr elmi dərəcəsi almışdır;
2012-ci ildə Lomonosov adına Moskva DU-nin və 1 Sentyabr Univeristetinin distan təhsil üzrə tələbəsi olmuş və “İmtahanqabağı şagirdlərin pedaqoji və psixoloji hazırlığı” ixtisası
üzrə müdavim olub diplom- vəsiqə almışdır;
2008-2012-ci illərdə ARTN-nin və “Mədəd- Azərbaycan” cəmiyyətinin əvvəlcə təlimçi, daha sonra baş təlimçisi kimi müxtəlif layihələr əsasında respublikanın müxtəlif (10-dan çox) bölgəsində 5000-ə yaxın müəllimin peşəkarlıq səviyyəsinin artırılmasında yardımçı olmuş, 2013- 2018-ci illərdə yeni təhsil islahatının - kurikulumun tətbiqi ilə bağlı olaraq UNİCEF təlimlərindən müdavim olaraq müxtəlif rayonlarda kurikulum təlimçisi kimi 2500-dən çox müəllimə kurikulum təlimləri keçmişdir;
Bu müddət ərzində şagirdləri müxtəlif müsabiqə və yarışlarda iştirak etmiş, mükafata və diploma layiq yerlər qazanmışlar. Bu günə qədər 10 nəfər şagirdin RFO-nun final mərhələsinin qalibi olub;
Müxtəlif illərdə şagirdləri 4 dəfə “Ən yaxşı təqdimat”, 2 dəfə “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin qalibi olmuşlar;
2008-2009-cu tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin birinci, 2013-2014-cü tədris ilində ikinci dəfə qalibi olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı iləmükafatlandırılmışdır;
2014-2015-ci tədris ilində 5-ci Elektron Məktəb müsabiqəsinin qaliblərindən biri olaraq TN-nin diplom və mükafatını almışdır;
Təhsil sahəsindəki uğurlarıma görə aşağıdakı fəxri ad və mükafatlara layiq görülmüşdür;
2012-ci ildə TN-nin kollegiyasının qərarı ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı , 2014-cü ildə AR Prezidentinin 30 sentyabr tarixli sərəncamı ilə “Tərrəqi” medalı, 2022-ci ildə 4 oktyabr tarixində AR Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına.