Azərbaycan dili və ədəbiyyat müəllimidir;
Diaqnostik qiymətləndirilmədən 55 bal toplayıb;
2022-2023-cü tədris ilində şagirdi Əhmədova Aysu Respublika fənn olimpiadasında Azərbaycan dili və Ədəbiyyat fənni üzrə bürünc medala layiq görülmüşdür, məktəbi isə qızıl nişanla bitirmişdir;
Yusubova Naibə həm də, bədii yaradıcılıqla məşğuldur. O, “Dünya, səndə nəyim qaldı” (2015) , “Özüm olmaq istəyirəm” (2016) şeir kitablarının, “Qəzəllər” (2019) toplusunun, “Tənha köç” (2018) , “Zərbə” (2020) , “Gülün yarpıza dönsün “ (2021) , və “Gəzən şəhid” (2022) romanlarının müəllifidir;
2022-2023-cü tədris ilində Şagirdləri Səfərova Pərizad və Tanrıverdiyeva Nərmin müxtəlif inşa müsabiqələrinin qalibi olublar.