Ləman Bəşirzadə 23 yanvar 1993-cü ildə anadan olub.
2010–2014-cü illərdə Lənkəran Dövlət Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb. 2015–2017-ci illərdə Azərbaycan Texniki Universitetində “Kompüter elmləri” ixtisasının “Riyazi modelləşdirmə” istiqaməti üzrə magistr təhsilini başa vurub. Magistratura təhsilini tamamladıqdan sonra həmin ali təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.
2019-cu ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında 60 mümkün baldan 49 bal toplayaraq Bakı şəhəri Namiq Axundov adına 1 nömrəli məktəbə müəllim vəzifəsinə qəbul olunub. Fəaliyyəti dövründə müxtəlif ixtisasartırma təlimlərində iştirak edib, rəqəmsal bacarıqlar və STEAM istiqaməti üzrə təlimlərə cəlb olunub və hazırda həmin fənləri də tədris edir. Son olaraq Beynəlxalq Microsoft sertifikatlı müəllim təlimində iştirak edib.
Onun şagirdlərindən biri Respublika Fənn Olimpiadasında gümüş medal qazanıb.
2025-ci il sertifikasiya imtahanının test mərhələsində 60 mümkün baldan 54 bal, müsahibə mərhələsində isə 40 mümkün baldan 40 bal toplayıb.
2025-ci ildən etibarən Müstəqil Qiymətləndirmə Mərkəzində riyaziyyat və informatika fənləri üzrə test imtahanlarında açıq tipli sualların yoxlanılması prosesində iştirak edir.