Zərövşən Ömərova 20 illik pedaqoji staja malik kimya müəllimidir. O, Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olmuş və 1988-ci ildə ali təhsilini başa vurmuşdur. Hazırda Binəqədi rayonu 182 saylı tam orta məktəbdə kimya fənnini tədris edir.
Müəllimlərin sertifikatlaşdırılması prosesində test mərhələsində 52 bal toplamışdır.
Onun şagirdləri həm ölkə daxilində, həm də xaricdə müxtəlif sahələrdə fəaliyyət göstərirlər. İlk şagirdi Anar Mehdiyev hazırda İsveçdə bir şirkətdə şöbə müdiri kimi çalışır. Digər şagirdi Səbuhi Ağayev ali təhsil müəssisəsinə imtahansız qəbul olunmuş və hazırda Litvada süni intellekt sahəsində təhsilini davam etdirir.
Müəllim üçün ən böyük uğurlardan biri də övladlarının yüksək nəticə göstərərək 650-dən çox balla universitetə qəbul olmalarıdır. Onlar magistratura təhsillərini xarici ölkələrdə almış və hazırda xaricdə fəaliyyət göstərirlər.