Elmirə Babayeva İlqar qızı 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə ali təhsil alıb, 2018-ci ildə isə eyni universitetdə Menecment – Təhsilin təşkili və idarə edilməsi üzrə magistr təhsilini tamamlayıb.
2015-ci ildən 60 nömrəli orta məktəbdə ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərir. Gazi və şəhid ailələri üçün yaradılmış “Əmanət” layihəsində iştirak edərək, bu ailələrin övladlarına təmənasız dərs keçib.
Hazırda AGMA Yasamal üzrə koordinator vəzifəsini icra edir, gənc müəllimlərə dəstək göstərir. Ali məktəbə qəbul balı 412-dir. Pedaqoji fəaliyyətində göstərdiyi uğurlara görə bir neçə fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.