2007-2011-ci ilərdə Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı ixtisası
üzrə bakalavr təhsili alıb.
Tələbəlik illərində Tələbə Gənclər təşkilatının fəal üzvü, universitetin nəzdində fəaliyyət göstərən radio verlişlərin aparıcısı və iştirakçısı, “Ən yaxşı təqdimat” şeir müsabiqəsinin qalibi olub.
2018-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında uğur qazanaraq Ağdam rayon
27 saylı köçkün tam orta məktəbində rus dili müəllimi olaraq pedaqoji fəaliyyətə
başlayıb.
2020-ci ildə MİQ imtahanı ilə rayon üzrə ən yüksək nəticə ilə ikinci iş yeri olaraq
Göyçay rayon M.Məmmədov adına Potu kənd tam orta məktəbinə təyin edilib.
Ötən ildən DİM-nin sertifkatlı nəzarətçisi kimi fəaliyyət göstərir.AGMA-nın, AMA-nın, T-Networkun üzvüdür.
Çalışdığı Göyçay rayon M.Məmmədov adına Potu kənd tam orta məktəbində 1
ildir ki, könüllü olaraq rəhbərlik etdiyi“Kitablarla İnkişaf Edək” layihəsini tətbiq
edir.
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində “Şagirdlərdə analitik
qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili”
layihəsinin qalibidir.
Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən seçilərək Göyçay rayon təhsil
sektorunda “Təhsil könüllüsü”olaraq fəaliyyət göstərir.
İştirak etdiyi təlimlər: