217 nömrəli tam orta məktəbdə Fizika-riyaziyyat müəllimi;
Fizika üzrə fəlsəfə doktoru Ph.D;
2004-cü ildə Sabirabad rayonu, M.Daşdiyev adına Muradbəyli kənd tam orta məktəbini bitirdikdən sonra, həmin il 476 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə daxil olunub. 2004-2008-ci illərdə bakalavr təhsili alıb.
2009-2011-ci illərdə Sumqayıt Dövlət Universitetinin Yarımkeçirici Cihazlar və Mikroelektronika ixtisası üzrə magistr təhsili almış və 2011-ci ildə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub;
2012-2016-cı illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda doktorantura təhsili almış və Fizika üzrə fəlsəfə doktoru olub;
40-a yaxın yerli və xarici elmi jurnallarda (Ferroelectrics, Semiconductor, Fizika Texnika Poluprovodnikov və s.) elmi əsərləri çap olunub;
Xarici və yerli beynəlxalq konfranslarda (Almata, Qazaxıstan; Dubna, Rusiya; Bakı 2021, Fizikada Müasir Trendlər) məruzələrlə çıxış edib;
2023-cü ildə Bakıda keçirilən "Innovative Teaching and Learning in the World" beynəlxalq konfransında iştirak edərək sertifikatla təltif olunub;
2023-cü ildə Bakı məktəbləri arasında keçirilən Yaradıcı Müəllim layihəsində III yerə layiq görülüb;
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi STEAM layihəsində iştirak edərək sertifikatla təltif olunub və hazırda işlədiyi orta məktəbdə STEAM üzrə dərs keçir;
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Zal Nəzarətçisi təlimində iştirak edərək B kateqoriyalı sertifikata layiq görülüb.