Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
2022-ci il Sertifikasiya imtahanından mümkün 60 baldan 53 bal toplayıb;
2018-ci ildə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə 402 bal toplayaraq qəbul olmuş, 2023-cü ildə müvəffəqiyyətlə universiteti bitirib;
DİM-in sertifikatlı zal nəzarətçisidir;
İTE - Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin təlimçisi, eyni zamanda GEN-in (Global Education Network) Azərbaycan üzrə koordinatorudur;
İTE - Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin daxilində "Microsoft Sertifikatlı Pedaqoq" və "Hibrid öyrənmə: e- resursların hazırlanması istifadəsi və sosial şəbəkələrdən, o cümlədən internetdən istifadə bacarıqları" vəsaitinin müəllifləri sırasındadır;
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqələrində təlimçi və ekspert olaraq fəaliyyət göstərir;
TKTA- Təlimə Keyfiyyət təminatı Agentliyində inspektor olaraq çalışır;
AGMA-nın təşkil etdiyi "Fərq yaradan gənc müəllim" müsabiqəsində 2023-cü ildə iştirak edərək şagirdləri ilə birgə 2-ci yerə layiq görülüb;
2023-cü ilin sonlarından etibarən AGMA-nın Bakı koordinatoru olaraq çalışır.