Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Sinif Müəllimliyi fakültəsində bakalavr və magistr təhsili alıb;
2014-cü ildə MİQ imtahanında maksimum bal toplayaraq İbtidai Sinif Müəllimliyi ixtisası üzrə ölkə birincisi olub;
Hal-hazırda Yasamal rayonu 308 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi və “Müasir metodist” layihəsinin metodisti kimi fəaliyyət göstərir;
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Respublika Müsabiqəsinin qaliblərindən biridir;
Təhsil Nazirliyinin ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı üzrə “Zərdabi” layihəsinin koordinatoru olub;
3-cü və 4-cü sinif şagirdlərinin istifadəsi üçün nəzərdə tutulan Beynəlxalq TİMSS (Trends in Mathermatics and Science Study) proqramı əsasən hazırlanmış “Riyaziyyat fənni üzrə qiymətləndirmə” və PİRLS (Progress in İnternational Reading Literacy Study) proqramlarına əsasən hazırlanmış “Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi” vəsaitinin müəlliflərindən biridir;
Beynəlxalq qiymətləndirmələrin – PİSA, PİRLS, TİMSS layihələrinə uyğun hazırlanmış 2-ci və 3-cü siniflər üzrə oxuyub-anlama və riyazi bacarıqlarını eyni anda formalaşdıran “İnteqrativ resurs” vəsaitlərinin müəlliflərindən biridir;
Bundan başqa 3 əlavə dərs vəsaiti müəllifidir;
Bir çox yerli və beynəlxalq təlimlərdə iştirak edib;
Məktəb həyatında fəal iştirakına görə fəxri fərman və təşəkkürnamə ilə təltif olunub;
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək metodistlər üçün keçirilən müsahibə mərhələsindən uğurla keçdiyinə görə təlimlərə cəlb olunub və hal-hazırda “Müasir metodist” layihəsi üzrə metodistdir;
Müəllimlərin sertifikasiya imtahanında 53 bal toplayıb;
Şəxsi inkişaf üzrə “Özünə yox de” kitabının müəllifidir;
Azərbaycanda bu istiqamətdə ilk qadın yazardır;
Mahi təxəllüsü ilə qələmə aldığı bir çox yazıları qəzet, jurnal və sosial mediada işıqlandırılıb.