Azərbaycan Dillər Universitetində filologiya üzrə bakalavr, Gəncə Dövlət Universitetində isə ibtidai təhsilin pedaqogikası və metodikası üzrə magistr dərəcəsi almışdır;
24 illik zəngin pedaqoji təcrübəsi ərzində o, ingilis dili müəllimi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində xarici dillər üzrə metodist kimi çalışmış, hazırda isə Gəncə şəhər 8 nömrəli məktəbdə direktor müavini vəzifəsində fəaliyyət göstərir;
Mehriban Hüseynova, tədris strategiyaları, kurikulum islahatı və innovativ texnologiyaların tətbiqi üzrə yüksək ixtisaslı mütəxəssisdir. O, 40-dan çox beynəlxalq və yerli təlimlərdə iştirak etmiş, bu sahədə lider təlimçi kimi uğurlu layihələrə rəhbərlik etmişdir;
“eTwinning” layihəsinin fəal üzvü olaraq beynəlxalq müəllimlərlə əməkdaşlıq etmiş və təhsilin inkişafı yönümdə müxtəlif layihələr icra etmişdir;
Təhsildə yaradıcı yanaşmalar və innovativ metodlarla fərqlənən Mehriban Hüseynova, gələcək nəsillərin bilik və bacarıqlarını artırmaq üçün yorulmadan çalışır;
Onun fəaliyyəti həm təlim-tərbiyə işlərinin inkişafına, həm də təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir.