Ümumi təhsilini Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə alıb;
1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) coğrafiya müəllimliyi ixtisasını bitirib;
Elə həmin ildən Ucar rayonu Alpout kənd 2 nömrəli orta məktəbdə coğrafiya müəllimi olaraq fəaliyyətə başlayıb;
1992-ci ildən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində çalışıb;
2001-ci ildən isə Ucar şəhər 2 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi olaraq fəaliyyətini davam etdirir;
2012-ci ildə "Öyrədənlərin öyrədəni" kursunu müvəffəqiyyətlə bitirərək təlimçi statusu alıb;
2013-cu ildə Masallı, 2014-cu ildə Bakı şəhəri, Oğuz və Ucar rayonlarında coğrafiya, o cümlədən fizika fənləri üzrə yeni ümumi orta təhsil kurikulumu üzrə kurslarda təlimçi kimi fəaliyyət göstərib;
Yeganə Hüseynli 2005-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub, 2017-ci ildə isə Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar müəllim" fəxri adına layiq görülüb;
Eyni zamanda 6-11-ci siniflər üçün kurikulum əsasında hazırlanmış “Coğrafiya” hazırlıq vəsaitinin müəlliflərindən biri, həmçinin “Toponimika” coğrafi adlar kitabının rəyçisidir.