2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunda Tarix və Coğrafiya ixtisası üzrə təhsil alıb;
2011-ci ildə Müəllimlərin işə qəbul müsabiqəsində Coğrafiya fənni üzrə uğur qazanaraq, Astara rayon Şiyəkəran kənd Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb;
Masallı rayon Sığdaş kənd tam orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyət göstərir;
2015-ci ildə Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında 57 bal toplayıb;
2022-2023-cü tədris ilində 2(iki) şagirdi Respublika Fənn Olimpiadalarında IX və X siniflər üzrə final mərhələsinin qalibi olub;
2023-2024-cü tədris ilində iki şagirdi final mərhələsində iştirak hüququ qazanıb;
Bir şagirdi Xl sinif üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsinin qalibi olub;
Uğurlarına görə dəfələrlə Rayon İcra Hakimiyyəti başçıları və Təhsil sektorunun müdirləri tərəfindən fəxri fərmanla təltif olunub;
2023-cü ildə Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri Cənab Elxan Nəcəfov tərəfindən təltif olunub;
2024-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Naziri Cənab Emin Əmrullayev və Lənkəran -Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehtiyev tərəfindən fəxri fərmanla təltif edilib.