LDHK və ADBTİA təhsil aldıqdan sonra Lənkəran rayon İcra Hakimiyyəti tərəfindən Liman şəhər 10 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin olunub;
Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbində Fiziki tərbiyə fənnini tədris edir;
Müəllimlərin işə qəbulu imtahanında rayon üzrə 52 bal toplayıb;
8 ildir Təlimçi-müəllim kimi fəaliyyət göstərməkdədir;
Yüzlərlə müdavimi Fiziki Tərbiyə ixtisası üzrə Müəllimlərin işə qəbulu və bütün fənlər üzrə müsahibə mərhələsindən uğur qazanıb;
2023-cü ildə Fiziki tərbiyə Müəllimlərin işə qəbulu və sertifikasiya hazırlıq üçün nəzərdə tutulmuş Nəzəriyyə və test toplusu kitabı l nəşr işıq üzü görüb;
2023-cü il 150 müdavimi Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq müəllim adını qazanıb;
2023 cü ildə İlin ən yaxşı peşəkar Təlimçisi adına layiq görülüb və diplom və ulduz ödülü ilə mükafatlandırılıb;
Eyni zamanda 2023-cü il Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə səmərəli fəaliyyətinə görə Heydər Əliyev medalı və vəsiqəsi ilə Təhsil Media Araşdırmaları mərkəzi tərəfindən təltif olunub;
Eyni zamanda 2023-cü il 8 Noyabr tarixində Zəfər günü münasibəti ilə Fiziki Tərbiyə üzrə Müəllimlərin işə qəbulu hazırlıq kitabı ll nəşr kitabının təqdimatı Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilib;
Rizyaziyyat və Fizika İnstitu Direktoru Misir Mərdanov tərəfindən“TƏHSİL FƏALI ”medalı ilə təltif olunub;
2024-cü il 5 mart bədən tərbiyəsi və idman günü münasibəti ilə İdman həftəsi çərçivəsində fəaliyyət göstərdiyi məktəbdə və regionda keçirilən idman yarışlarında təşkil etdiyinə və fəal iştirakına görə məktəb rəhbərliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəznində olan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub;
Eyni zamanda Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən təltif edilib;
Eyni zamanda Azərbaycan Gənc müəllimlər Assosiasiyasına üzvdür;
2024-cü il noyabr ayında III nəşr Fiziki tərbiyə MİQ və Sertifikasiya Nəzəriyyə və test toplusu kitabı çapdan çıxıbdır.