Hümmətov Nuriyyə Əli qızı Naxçıvan Dövlət Pedoqoji İnstitutunda təhsil alıb;
2001- ci ildən etibarən Bakı şəhəri Nərimanov rayon 202 saylı tam orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərir;
2005/2006-cı dərs ilində uğurlu və yaradıcı fəaliyyətə göre Diplom"Ən yaxşı müəllim" müsaqibəsində iştiraka görə Fəxri Fərman;
Məktəbin ictimai işlərindəki fəaliyyətinə, təlim prosesində müasir metodların tədbiqindəki nailiyyətlərinə görə Fəxri Fərman(2018-ci il);
Azərbaycan Respublikası Təhsil Nazirliyi Fəxri Fərman (5 oktyabr 2015-ci il);
Yeni Azərbaycan Partiyasi Nərimanov rayon təşkilatı Fəxri Fərman (noyabr 2015-ci il);
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 oktyabr tarixli Sərancami ilə "Tərəqqi" medalı;
Bakı şəhəri üzrə Təhsil İdarəsi - "Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi" lahiyyəsində fəal təbliğatçı;
Azərbaycan müəllimlərinin XV qurultayında nümayədə;
Nərimanov rayonunun ictimai-siyasi işlərində fəal iştirak edir;
Bakı şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri: ixtisas 40 bal, metodika 15 bal, cəm 55 bal;
DİM-də Ekspert kimi iştirak edir;
Dövlət İmtahan Mərkəzi tərəfindən nəşrə verilmiş 7-ci sinif üzrə Azərbaycan tarixi, 6-cı sinif və 10-cu sinf üzrə Ümumi tarix şagird naliyyətlərinin qiymətləndirilməsi üçün vəsaitin müəllifi;
9-cu sinif Azərbaycan tarixi, 8-ci, 9-cu və 11-ci sinif Ümumi tarix şagird naliyyətlərinin qiymətləndirilməsi üçün vəsaitin rəyçisi;
Təhsil Nazirliyində 2014-2015- ci il tədris ilinə ümumtəhsil məktəblərinin VII sinifləri, 2015-2016-cı il tədris ilinə ümumtəhsil məktəblərinin VIII sinifləri və 2016-2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün hazırlanmış Ümumi tarix" dərsliklərin qiymətləndirilməsində ekspert.