Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib;
2011-ci ildə “Müəllimlərin işə qəbul müsabiqəsi“ndə uğur qazanaraq Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışıb;
2014-cü ildə müəllimlərin yerdəyişmə imtahanında iştirak edib Nizami rayonu 129 nömrəli tam orta məktəbə yerdəyişmə edərək pedaqoji fəaliyyətini davam etdirib;
30 sentyabr 2022-ci il tarixində keçirilən Müəllimlərin Sertifikatlaşdırılması prosesinin test mərhələsindən 60 bal, 8 sentyabr tarixində isə müsahibə mərhələsindən keçərək 40 bal toplayaraq maksimim nəticə - 100 bal əldə edib;
Fəaliyyəti gösərdiyi dövrlərdə metodiki-pedaqoji səriştəsini artırmaq üçün bir sıra beynəlxalq və yerli təlim və seminarlarda iştirak edib;
“Təməl” Təqaüd proqramı -2016 . Ən yüksək nəticə göstərənlərdən biri olub;
İntel “Gələcək ücün Təhsil” təlimi -2016 Ən yüksək nəticə göstərib;
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” təlimi-2017. Yüksək nəticə göstərənlərdən biri olub;
Beynəlxalq təlim: Sinqapur Milli Təhsil İnstutunun “İbtidai təhsildə müəllimlik proqramı” 2017;
Avropa Birliyinin “İbtidai siniflərdə demokratiya və insan hüquqları” təlimi- 2017;
“Oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” təlimi – 2019;
“Sinfin idarə olunmasının əsasları” təlimi -2019 ;
“Müəllimlərin bilik və bacarıqlarının inkişafı” təlimi – 2020;
İTE “Oyun əsaslı öyrənmə” təlimi 2020;
“Web-2 alətlərinin pedaqoji imkanları və tədrisdə istifadə metodikası” təlimi – 2020;
“Yeni İnnovasiyalar üzrə nəzəriyyələr” təlimi - 2021;
“İnklüziv siniflərdə təhsil” təlimi -2021;
“İstedadlı uşaqlarla işin təşkili” təlimi- 2023;
Həmçinin bir çox vebinar və seminarlarda iştirak edib;
Şagirdləri Beynəlxalq olimpiadalarda iştirak etmiş, medal və sertifikatlarla təltif olunub;
Elm və Təhsil Nazirlyi tərəfindən 2022-ci il 7 iyun tarixində keçirilən 4-cü siniflərin monitorinqində sinfi rayon üzrə yüksək nəticə göstərib;
Mehdiyeva Jalə fəaliyyəti zamanı yerli təhsil idarəetmə orqanları tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. Bir necə jurnal və qəzetdə, təhsil platformalarında müsahibələri dərc olnmuş, videorolikləri çəkilib;
2022-ci il 7 sentyabr Bakı şəhəri Təhsil İşçilərinin Sentyabr Konfransına dəvət alaraq 60 bal toplamış müəllimlərin adından konfransda çıxış edib;
9 sentyabr 2022-ci il tarixində İnsan Resursları Mərkəzinin Hesabat tədbirində Elm və Təhsil Naziri Emin Əmrullayev tərəfindən Sertifikasiya imtahanında maksimum nəticə topladığına görə sertifikatla təltif olunub;
2017-2021 -ci illərdə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Ehtiyat dərslik” layihəsində Jalə Mehdiyevanın sinfi də pilot sinif seçilərək səmərəli əməkdaşlıq edilib;
Müəllimliklə yanaşı təlimçi kimi ARTİ- də müsabiqədən keçərək Sertifikasiya imtahanında yenidən iştirak edəcək ibtidai sinif müəllimlərinə “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu üzrə ixtisasartırma təlimi”-ni keçmişdir. Alqoritmika – Rəqəmsal bacarıqlar şirkətində müsahibə və imtahandan keçərək təlimçi kimi fəaliyyət göstərib.