Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru olub;
2003-cü ildən bu günədək 4-cü ,5-ci siniflər üçün Azərbaycan dili dərsliklərinin, müəllimlər üçün metodik vəsaitlərin ,bir monoqrafiya, bəziləri beynəlxalq jurnalda nəşr olunan 17 elmi məqalənin müəllifi olub;
2009-cu ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub;
Şagirdləri ilə birgə eTwinning beynəlxalq təhsil layihələrində həm qurucu ,həm iştirakçı olaraq Milli və Avropa Keyfiyyət Nişanlarına layiq görülən , şagirdinin hekayələrindən ibarət "Qoca palıdın hekayələri " kitabını təqdim edərək "Yaradıcı müəllim " müsabiqəsində təltif olunan müəllim olub;