Əliyeva Ülviyyə Əvəz qızı Bakı Dövlət Universitetinin filologiya fakültəsinin həm bakalavr, həm magistraturasını Fərqlənmə diplomu ilə bitirib;
Bakı şəhər Yasamal rayonu 161 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi və Həmkarlar Təşkilatının sədri kimi fəaliyyət göstərir;
Bir sıra elmi məqalələrlə Beynəlxalq Konfranslarda çıxış edib;
Bir neçə dərs vəsaitlərinin həmmüəllifidir;
1. Azərbaycan dili 5-11 (dərs vəsaiti)
2. Ədəbiyyat 5-11 (dərs vəsaiti)
3. Ədəbiyyat 5-11 (test toplusu)
4. Ədəbiyyat "30 Sınaq" kitabı
5. Azərbaycan dili
"21 sınaq" test kitabı
Bundan başqa, "Etimologiya lüğəti"nin hazırlanmasında işçi qrupun üzvü olub;
Bədii və publisistik yaradıcılıqla da məşğuldur;
Bir sıra hekayə və məqalələri jurnal və kitablarda dərc edilib;
Müəllimlərin Diaqnostik İmtahanından 58 bal;
Müəllimlərin Sertifikasiya İmtahanından 56 bal toplayıb;
Facebook platformasında tanınmış "Azərbaycan dili və ədəbiyyat müəllimləri" qrupunun yaradıcısı olaraq, respublikanın müxtəlif zonalarından həmkarları bir araya toplayaraq, müxtəlif layihələrə imza atıb;
Buraxılış sinifləri (9 və 11), əksərən, buraxılış imtahanında fənnimdən yüksək nəticə göstərdiyi üçün məktəb rəhbərliyi tərəfindən dəfələrlə "Təşəkkürnamə", diplomlarla mükafatlandırılıb.