Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi fakültəsini bitirib;
Universiteti bitirdikdən sonra Müəllimlərin İşə Qəbulu imtahanında 51 bal toplayaraq Qobu kənd 2 nömrəli tam orta məktəbə daimi əsaslarla işə qəbul olub;
Hal-hazırda Xətai rayonu 17 nömrəli tam orta məktəbdə işləyir;
17 nömrəli məktəbdə müddətli müqavilə ilə işlədiyi dövrdə pandemiya ilə əlaqədar olaraq ibtidai sinif müəllimlərinə MS Teams təlimlərini keçİb;
Daimiləşdikdən sonra rəhbərlik və ibtidai sinif müəllimlərinin etimadına əsasən məni ibtidai sinif müəllimlərinin metodbirləşmə rəhbəri təyin edilib;
Fəaliyyəti dövründə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi hər 3 müsabiqənin qaliblərindən biri olub;
Bu layihələr: “Kiçik tədqiqatçılar”, “Yaradıcı müəllim”, “Biliyini paylaş”;
Yeni Azərbaycan Partiyasının və Bakı Ali Neft Məktəbinin təşkil etdiyi Rəqəmsal İdeya müsabiqəsində 1372 gəncin iştirak etdiyi “Rəqəmsal İdeya” müsabiqəsində 2-ci yeri qazanıb;
Türkiyədə və ölkəmizdə təşkil olunan beynəlxalq və yerli təlimlərdə iştirak edib;
Rusiyanın MİR24 telekanalının “Azərbaycanda Fərq Yaradan Müəllim” layihəsində iştirak edib;
4 əlavə dərs vəsaiti müəllifidir;
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək metodistlər üçün keçirilən müsahibə mərhələsindən uğurla keçdiyinə görə təlimlərə cəlb olunub;
Müəllimlərin sertifikasiya imtahanında 55 bal toplayıb;