Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1989-cü ildə fərqlənmə diplomu ilə bitirib, həmin ildən 220 saylı məktəbdə ingilis dili müəllimi işləyir;
2001-ci ildən Proyekt Harmoniya təşkilatının 220 saylı məktəbdə açdığı İnternet Kompüter Mərkəzində Proyekt Koordinatoru vəzifəsində çalışıb və bir çox yerli və beynəlxalq layihələri həyata keçirib;
2002-ci ildə şagirdlərlə ABŞ Nyu York şəhərinin 10 məktəbinin və Franasa, Argentina, Meksika, Qana, İsrail və Cənubi Afrika respublikası məktəblilərinin iştirak etdikləri ”Sülh Gündəlikləri" adlı layihədə iştirak edib və eyni adlı kitab Amerikada çap olunub;
2002 ildə ABŞ Dövlət Departamenti ACTR/ ACCELS- PİE proqramının qalibi kimi ABŞ-ın Çiko, Kaliforniya Dövlət Universitetində 6 həftəlik professional inkişaf proqramında iştirak edib;
2003-cü ildə Yerusəlim şəhərində Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu və İsrail səfirliyinin birgə həyata keçirdikləri “Təhsil Sistemləri-İdarəetmə və Liderlik” adlı seminarda iştirak edib;
UNESCO ASPnet–in 220 saylı məktəbdə layihə koordinatoru kimi 2001-ci ildə iki şagirdlə Gürcüstanda “Beynəlxalq Ekaloji Düşərgədə”, 2007-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində “Volqa Deltası: Gənclər Milli İrsiyyəti Öyrənir və Qoruyur” adlı beynəlxalq konfransda məruzələrlə çıxış edib;
2003-cü ildə Gürcüstanda Azərbaycan, Gürcüstan və Ukraynadakı ABŞ səfirliklərinin və British Council-ın birgə həyata keçirdikləri İngilis dili müəllimlərinin birinci Zaqafqaziya Konfransında “İngilis dili dərslərində yeni təlim texnalogiyalarının tətbiqi ”adlı məruzə ilə çıxış edib;
2004-cü ildə rəhbəri olduğu “Dream” komandası (25 nəfər şagird) YUNESKO-nun MONDİOLOQO layihəsində Nigeriya Respublikasından olan “Lasmok” komandası ilə birgə layihə üzərində işlədiyi layihə 125 ölkədən olan 1466 komandanı təşkil edən 24000 şagird içərisində Barcelonada birinci yeri tutub;
2010-cu ildə Türkiyənin Bursa şəhərində keçirilən Təbii Fəlakətlər üzrə Gənclərin Zirvə Toplantısında şagirdlərlə iştirak edib;
2010-2016-cı illərdə şagirdlərlə İEARN və Yaponiyanın YUNESKO üzrə Milli Komissiyası tərəfindən dəstəklənən Qitələrarası Beynəlxal “Mural” proyekti ( IIME) iştirak edib. Bu layihə bu il də davam edir;
2010-cu ildə Rusiya Federasiyasının Kazan şəhərində keçırılən MDB və Baltikyanı ölkələrinin “ YUNESKO Assosiativ Məktəblər ” layihəsi çərçivəsində keçirilən forum və “Müasir Regional Siyasət : Yerli təcrübə və perspektivlər ” adlı Beynəlxalq elmi-praktik konfransda iştirak edib;
2012-ci ildə Latviya Respublikasının Riqa şəhərində "Gələcək üçün Təhsil" adlı beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib;
2010-2011-cu tədris ilində Macarıstan respublikasının Debresen şəhərinin Szoboszlói Úti Általános Iskola tərəfindən təşkil olunan INTERNATIONAL ENGLISH READING COMPETITION adli müsabiqədə şagirdlərlə iştirak edib və şagirdləri bu müsabiqənin finalistləri olublar;
2013-cü ildən eTwinningdədir;
Bir çox layihəsi Avropa keyfiyyət nişanı alıb ;
2002-ci ildə “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin Respublika mərhələsində 1 yerə layiq görülüb
.
2004-cü ildə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.
2008-ci və 2013-cü ildə “Ən yaxşı 100 müəllim” müsabiqəsinin qalibi olub.