Həkim-rezidentlər üçün yekun attestasiya Tibb Universitetində keçiriləcək.
AzEdu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, yekun attestasiyanın test mərhələsi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM) 17 fevral saat 11:00-da, praktik mərhələsi isə 23 fevral saat 10:00-da ATU-nun müvafiq kafedralarında keçiriləcək. Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidir.