Azedu.az

Bakı məktəbliləri Qazaxıstan universitetlərinin təhsil sərgisində

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

5 Mart 2025, 16:14
Bakı məktəbliləri Qazaxıstan universitetlərinin təhsil sərgisində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri Qazaxıstan universitetlərinin təhsil sərgisinə baxış keçiriblər.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, bu, onların dünyagörüşünün inkişafı, elmi-tədqiqatlara və təhsilə marağının artırılması, yeni təhsil imkanları ilə tanış olmaları baxımından mühüm əhəmiyyət kəsb edir.

Bakı İdman Sarayında keçirilən sərgidə məktəblilər Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə ali məktəblərin təhsil imkanları barədə məlumat əldə etmək şansı qazanıblar.

Qeyd edək ki, sərginin əsas məqsədi Qazaxıstan universitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdən ibarətdir. Təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edir.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox