Azedu.az

İbtidai sinif müəllimləri üçün təlim keçiriləcək

Paytaxt təhsili

Bakı şəhəri üzrə Təhsil İdarəsi

28 Aprel 2026, 11:56
İbtidai sinif müəllimləri üçün təlim keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün “Oxu üzrə dekodlaşdırmadan anlamaya interaktiv keçid” mövzusunda onlayn təlim keçiriləcək.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, təlimin əsas məqsədi müəllimlərə oxuyub-anlama prosesinin daha effektiv təşkili yollarını təqdim etmək, şagirdlərdə düşünərək oxuma, məna çıxarma və mətn üzərində analitik təhlil bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müasir və məqsədli yanaşmalarla tanış etməkdən ibarətdir.

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan təlim çərçivəsində müəllimlərə şagirdlərin oxuduqları mətn üzərində düşünməsini, nəticə çıxarmasını və oxu prosesində daha fəal iştirakını təmin edən pedaqoji metod və strategiyalar təqdim olunacaq. Bu yanaşmalar gündəlik dərs prosesində tətbiq üçün, eyni zamanda PIRLS kimi beynəlxalq qiymətləndirmələrdə tələb olunan yüksək səviyyəli oxu və anlama bacarıqlarının formalaşdırılmasına xidmət edir.

Təlim 29 aprel saat 16:00-da "Microsoft Teams" üzərindən təşkil olunacaq.

Rusiyada güclü partlayışlar - Bu şəhərlərə kütləvi HÜCUM BAŞLADI!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox