Azedu.az

Məhkəmə-tibb eksperti Fəxri Professor adına layiq görüldü

Xəbərlər

15 Aprel 2025, 12:12
Məhkəmə-tibb eksperti Fəxri Professor adına layiq görüldü

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Bakı şəhər şöbəsinin rəisi Qismət Quliyev Özbəkistanın Karshi Dövlət Universitetinin Fəxri Professoru adına layiq görülüb.

AzEdu.az bildirir ki, Quliyev Qismət Məsmun oğlu 1991-ci il 23 iyul tarixdə Bakı şəhərində ziyalı ailədə dünyaya gəlib.

1997-ci ildə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə ibtidai təhsilə başlayıb. Təhsil aldığı müddətdə bir çox fənn olimpiadalarında uğurlar qazanıb. 2008-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2009-cu ildə qəbul imtahanında yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə qəbul olub. Universitet illərində tələbə-elmi cəmiyyətin çoxsaylı tədbirlərində müvəffəqiyyətlə iştirak edib, Azərbaycan Tibb Universitetini həm yerli, həm də xarici konfranslarda uğurla təmsil edib.

Universitetin fakültə üzrə Tələbə Həmkarlar Təşkilatının sədri və Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifələrində çalışıb. Tələbə illərində tibbi peşə fəaliyyətinə Mərkəzi Klinikada başlayıb. 2015-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin ictimai siyasi həyatında oynadığı rola görə universitetin rektoru Akademik Əhliman Əmiraslanov tərəfindən fəxri diplomla təltif olunub.

2017-ci ildə Rezidentura təhsili ilə birlikdə tibbi peşə fəaliyyətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində” başlayıb. Hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Bakı şəhər şöbəsinin rəisi olaraq tibbi peşə fəaliyyətini davam etdirir. Fəaliyyəti dövründə bir çox sertifikat və diplomlara layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, oğlan övladları var.
 

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox