Azedu.az

Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat BİTİR

Xəbərlər

Magistratura

14 Aprel 2025, 09:04
Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat BİTİR

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və bu gün saat 23:59-dək davam edəcək.

14 aprel saat 09:00-a olan məlumata əsasən 17004 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 15760; rus bölməsi - 1244).

AzEdu.az xəbər verir ki, Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, imtahan 2025-ci il mayın 11-də keçiriləcək.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox