Azedu.az

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Xəbərlər

13 Aprel 2025, 11:38
Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib.

Xidmətdən AzEdu.az-a verilən məlumata görə, yağıntının miqdarı Şahbuzda 6, Zaqatala, Qaxda (Sarıbaş) 2, Naxçıvan, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Şəki, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar və Ağdamda 1 millimetr olub.

Dağlıq ərazilərə - Şahdağ, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağıb.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında saniyədə 20, Naftalan və Altıağacda 18, Şabranda 16 metrədək güclənib.

Daşkəsən, Göygöl, Naftalan, Qax (Sarıbaş), Şəki, Zaqatala, Qobustan, Lerik və Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 9, Naxçıvan Muxtar Respublikasında 8 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox