Azedu.az

Direktor müavinlərinin işə qəbulu üzrə imtahan keçirilib

22 May 2024, 12:28
Direktor müavinlərinin işə qəbulu üzrə imtahan keçirilib
Direktor müavini və təşkilatçıların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
 
 
Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
 
 
Bildirilib ki, test imtahanında 123 namizəd iştirak edib.
 
 
Test imtahanında namizədlərə qanunvericilik, pedaqogika və metodika, məntiq və İKT bilikləri üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilib.
 
 
Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
 
 
Bütün namizədlərə uğurlar arzu edirik!
Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox