Azedu.az

Beynin sürətlə qocalmasının səbəbi müəyyən edildi

Müəllimlər və elm adamları

11 Mart 2025, 15:36
Beynin sürətlə qocalmasının səbəbi müəyyən edildi

Yağlı qidaların qısa müddətli istehlakı beyində iltihaba və yaddaş zəifləməsinə səbəb ola bilər. 

AzEdu.az xəbər verir ki, ScienceDaily-nin məlumatına görə, cəmi üç gün yağlı qidalarla qidalanmaq idrak funksiyalarını poza bilir.

Ohayo Dövlət Universitetinin alimləri gənc və yaşlı siçovulları tərkibinin 60 faizi yağlardan ibarət olan qidalarla bəsləyiblər. Üç ay sonra bütün siçovullarda maddələr mübadiləsi pozulub. Lakin yaşlı siçovullarda artıq üçüncü gündə yaddaş zəifləməsi qeydə alınıb.

Təhlil göstərib ki, yağlı qidalar hipokamp və amiqdalada iltihaba səbəb olur, bu da məkan və assosiativ yaddaşı zəiflədir. Gənc siçovullarda isə bu təsir müşahidə olunmayıb.

Alimlər düzgün qidalanmanın yaş artdıqca vacib olduğunu vurğulayır və yağlı qidaların beyinə təsirini azaltmaq üçün yeni üsullar araşdırmağı planlaşdırırlar.

Abş Ukrayna danışıqları nəticə verdi - Müharibə bitir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox