Sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini və tədris bacarıqlarını qiymətləndirən bir sistemdir. Müəllimlərin sertifikasiyadan yüksək bal toplaması, onların tədris sahəsində dərin biliklərə malik olduqlarına, müasir tədris metodları və yanaşmalarını tətbiq etdiklərinə dəlalət edir.
AzEdu.az 2022-ci ildən etibarən sertifikasiya imtahanında iştirak edərək, fəaliyyət göstərdiyi Regional Təhsil İdarəsi üzrə yüksək bal toplayaraq ilk 10-luqda yer alan fənn müəllimlərini "Sertifikasiyanın liderləri" rubrikası altında ictimaiyyətə təqdim edəcək.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən Riyaziyyat müəllimlərini təqdim edirik.
Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə sertifikasiyadan yüksək bal toplayan MÜƏLLİMLƏR:
1 Fəridə Məhərrəmova- Boyat kənd tam orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
2.Atlas Əhədova- Aşağı Nemətabad kənd A.Məmmədov adına ümumi orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
3.Gülay Salmanova- Küçəkənd kənd M.Vəliyev adına tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 39 bal toplayıb;
4.Nurlanə Əliyeva- Ağdaş şəhər B.Ə.Nəbiyev adına 3 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
5.Vəfa Xəlilli- Dəkkəoba kənd M.Əzizbəyov adına tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
6.Ramazan Hüseynov- Çaxırlı kənd ümumi orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
7.Dilarə Muradova- Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 35 bal toplayıb;
8.Züleyxa İsmayılova- Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 toplayıb;
9.Bahar Nəsrullayeva- Nemətabad kənd H,Əhmədov adına tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 toplayıb;
10. Aygül Xəlilova- Ucar rayonu Rəstəcə kənd tam orta məktəbin müəllimi test mərhələsindən 60, müsahibə mərhələsindən isə 36 bal toplayıb.