Azedu.az

“Vaxtilə kollecdə başqa ixtisas oxuyan müəllim, bu gün sinifdədir”

Məktəblər

Müəllimlər və elm adamları

15 Aprel 2025, 16:30
“Vaxtilə kollecdə başqa ixtisas oxuyan müəllim, bu gün sinifdədir”

“Bizə tədris etdiyi fəndən “2” alan müəllim lazım deyil”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil, ixtisas seçimi və gələcək karyera üzrə ekspert Ramin Nurəliyev bildirib.

158303

Ekspertin sözlərinə görə, müəllimlərin sertifikasiyası bəzi insanların narazılıqlarını ifadə etdiyi bir imtahan formasıdır:

 

“Əslində, bu imtahan olduqca faydalıdır. Narazı olanların əksəriyyəti ya özləri, ya da yaxınları imtahandan kəsilənlərdir. Əgər gəncliyimizin, gələcəyimizin parlaq olmasını istəyiriksə, sertifikasiyanı dəstəkləməliyik.

 

Sertifikasiya imtahanı bizə nəyi göstərdi? Düşünün, 6 minə yaxın ibtidai sinif müəllimi sertifikasiya imtahanından kəsilir. Həmin müəllimlərə 1 il möhlət verilir. Nazirlik bu qədər sadəlövhlük və insani yanaşma nümayiş etdirir.

 

Müəllim görün nə qədər tənbəldir ki, 1 il vaxt verilməsinə baxmayaraq, yenə də imtahandan kəsilir. Təbii ki, bu sözüm, möhlət verildiyi halda ikinci dəfə də kəsilən müəllimlərə aiddir. Belə bir vəziyyətdə nazirlik nə etsin?

 

Şagirddən də zəif nəticə göstərən müəllimi ümumi təhsil məktəbində saxlamalıdırmı? Bəzi müəllimlərə baxdıqda görürük ki, onlar vaxtilə kollecdə fərqli ixtisas üzrə təhsil alıblar. Yaxud öz ixtisaslarında oxusalar da, sonradan özlərini təkmilləşdirməyiblər.

 

Bizə tədris etdiyi fəndən “2” alan müəllim lazım deyil. Belə müəllimlərin azaldılması ilə ali təhsil müəssisələrində pedaqoji ixtisas üzrə təhsil alan tələbələrə bir növ qapı açılmış olur. Artıq o gənclər MİQ imtahanında iştirak edərək rahatlıqla ümumi təhsil məktəblərində müəllim kimi fəaliyyət göstərə biləcəklər. Çünki vakant yerlərin sayı artacaq”.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox