Azedu.az

Ağdam məktəblilərindən infeksiyalara qarşı ağıllı MÜBARİZƏ

Məktəblər

Müəllimlər və elm adamları

13 Mart 2025, 15:03
Ağdam məktəblilərindən infeksiyalara qarşı ağıllı MÜBARİZƏ

"Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimində Ağdam rayon Qaradağlı kənd tam orta məktəbinin şagirdləri tibbi sahədə inqilabi yeniliyə imza atıblar.

AzEdu.az xəbər verir ki, onlar gümüş nanohissəciklərini sintez edərək, bu hissəciklərin bakteriyalar üzərində təsirini araşdırıb və onların antibakterial xüsusiyyətlərini elmi şəkildə sübut ediblər.

Layihənin əsas məqsədi nanohissəciklərə əsaslanan ağıllı sarğıların tibbdə tətbiqini inkişaf etdirmək, infeksiyaların qarşısını almaq və yaraların sağalma prosesini sürətləndirməkdir. Bununla yanaşı, bu innovativ texnologiya xəstələrin vəziyyətini davamlı izləməyə imkan yaradır.

Gələcəkdə layihə çərçivəsində təkrar istifadə edilə bilən, özünütənzimləmə xüsusiyyətinə malik və ekoloji cəhətdən dost sarğıların hazırlanması planlaşdırılır. Yeni nəsil sarğılar infeksiyaların erkən mərhələlərində temperatur və nəmlik sensorları vasitəsilə yaraların vəziyyətini dəqiq izləyəcək və uyğun müalicə üsullarını tətbiq edəcək.

NanoSmart sarğı layihəsi tibb sahəsində inqilabi addım olmaqla yanaşı, gələcəkdə daha təhlükəsiz və effektiv yara müalicəsi üçün yeni imkanlar açır.

TƏCİLİ! İran Ermənistana qoşun yeridir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox