Azedu.az

Şagirdlər arasında bıçaqlanma: Hadisə məktəbdə baş verməyib - RƏSMİ 

Məktəblər

Bakı Şəhər üzrə Təhsil İdarəsi

25 Oktyabr 2024, 17:08
Şagirdlər arasında bıçaqlanma: Hadisə məktəbdə baş verməyib - RƏSMİ 

25.10.2024-cü il tarixində dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

 

Bakıda Xəzər rayonu, Buzovna qəsəbəsi yerləşən 322 nömrəli orta məktəbdə bıçaqlanma hadisəsi olub.

AzEdu.az Bizim.Media-ya istinadən xəbər verir ki, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.

Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.

Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox