Azedu.az

Məzunlar qızıl və gümüş nişanla təltif OLUNURLAR

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

25 İyul 2024, 09:14
Məzunlar qızıl və gümüş nişanla təltif OLUNURLAR

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunması prosesinə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2023-2024-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların xüsusi nümunəli attestat və nişanla təmin olunması prosesi həyata keçirilir.

 

Qeyd edək ki, respublika üzrə 183 nəfər məzun qızıl, 39 nəfər məzun isə gümüş nişana layiq görülub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox