Azedu.az

“Ali təhsildə ciddi islahatlara ehtiyac var”

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Təhsil ekspertləri

Tələbə və şagird

9 Aprel 2024, 10:02
“Ali təhsildə ciddi islahatlara ehtiyac var”

“Hazırda universitetin verdiyi informasiyanı tələbə universitetə gəlmədən də əldə edə bilər”

 

Bu fikri AzEdu.az-a təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

Ekspertin sözlərinə görə ölkəmizdə universitetlər sadəcə ali təhsil müəssisələridir:

 

“Yəni tələbələrə müəyyən ixtisas fənləri üzrə informasiyalar verilir və proses bitir. Reallıq odur ki, tələbənin universitetə gəlib-gəlməməsi arasıda ciddi bir fərq yoxdur. Hazırda universitetin verdiyi informasiyanı tələbə universitetə gəlmədən də əldə edə bilər.

 

Müsir dövrdə universitetlər elmin bütün sahələri üzrə qabaqcıl elmi-tədqiqatların aparıldığı və böyük kəşflərin edildiyi elmi-tədqiqat mərkəzləri olmalıdır.

 

Bəs bu gün Azərbaycan Universitetlərində ciddi tədqiqatlar aparıla bilirmi? Mən nəzərdə tutmuram ki, hansısa alim xaricdən kiminləsə birdə Scopusda məqalə nəşr etdirir. Ali təhsildə ciddi, çox ciddi islahata ehtiyac var. Bizim yeni, müasir universitetə ehtiyacımız var”.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox