Azedu.az

Şagird məktəb tualetindən istifadə edən uşaqlardan pul yığırmış...

Məktəblər

Maraqlı

Xaricdə Təhsil

26 May 2023, 09:49
Şagird məktəb tualetindən istifadə edən uşaqlardan pul yığırmış...

Rusiyadakı Krasnoyarsk vilayət məhkəməsi yeddinci sinif şagirdini məktəb tualetindən istifadə edən uşaqlardan pul istədiyinə görə bir il şərti cəzaya məhkum edib.


AzEdu.az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.

Vilayət prokurorluğu bildirib ki, şagird tualetdən istifadəyə görə əvvəlcə 20 rubl "qiymət təyin edib", sonra isə yavaş-yavaş bu məbləği qaldırmağa başlayıb. Şagirdin “biznesi” irəlilədikcə, pul vermək istəməyənləri döyməklə hədələyib.

Nəticədə döyülən uşaqlardan birinin valideynləri polisə müraciət edib. Məlum olub ki, həmin şagird onun uşağından 2000 rubl pul tələb edibmiş.

Müəllimlər nə baş verdiyini bilsələr də, lazımi tədbir görməyiblər. Prokurorluğun tələbi ilə onlar da intizam məsuliyyətinə cəlb ediliblər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox