Azedu.az

Ölkənin ən balacaboy qızı orta məktəbi bitirdi

Məktəblər

Maraqlı

Xaricdə Təhsil

25 May 2023, 09:28
Ölkənin ən balacaboy qızı orta məktəbi bitirdi

Rusiyanın Qluşkovo qəsəbəsində boyu cəmi 80 santimetr olan qız 11-ci sinfi bitirib.

AzEdu.az saytı “Baza” Telegram kanalına istinadən xəbər verir ki, qız universitetə qəbul olunmaq istəyir.

Bir neçə il əvvəl qız rus seriallarından birinin çəkilişində iştirak etməsinə baxmayaraq, o, hazırda teatr karyerası haqqında düşünmür və menecment fakültəsinə daxil olmaq niyyətindədir.

Polina Skorik Rusiyanın ən balacaboy vətəndaşıdır. O,Rusiyada nadir bir xəstəliyin yeganə daşıyıcısıdır. Bu məzuna anoksetik displaz diaqnozu qoyulub (hüceyrələrin deformasiyaya uğradığı toxumaların, orqanların və ya bədənin hissələrinin strukturunun pozulması).

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox