Asəf Zeynallı adına Musiqi Kollecini “xanəndəlik” ixtisası üzrə bitirən şəxslər orta məktəb və ya kolleclərdə Musiqi müəllimi işləyə bilərmi?
AzEdu.az məzunları çaşdıran sualın metodiki və hüquqi qaydalara əsaslanan cavabını təqdim edir:
-Qaydalara əsasən, müəllim kimi yalnız diplomda ixtisasına “müəllimlik”, “pedaqoq” sözü yazılan şəxslər işləyə bilər. İxtisasında “pedaqoq” qeyd olunmayan şəxslər isə Metodika və Pedaqogikaya dair fənlər, keçiblərsə bu zaman istisna ola bilər.
Qeyd edək ki, ixtisasartırma kursları isə yalnız ali təhsilli şəxslər üçün nəzərdə tutulub.