Azedu.az

“Əks göstəriş sertifikatıları ilə bağlı təhsil işçilərinə göstəriş verilib”-Təhsil nazirinin müşaviri

Məktəblər

Kolleclər

Universitetlər

24 Avqust 2021, 12:38
“Əks göstəriş sertifikatıları ilə bağlı təhsil işçilərinə göstəriş verilib”-Təhsil nazirinin müşaviri

“Vaksinasiya başladığı gündən etibarən çox sayda təhsil işçisi əks göstəriş arayışları təqdim etmişdi”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Təhsil işçilərinin vaksinasiya ilə bağlı canlı yayımda deyib.

 

O bildiribki, bu barədə müəyyən göstəriş verilib: “Ancaq 9 avqusta Səhiyyə Nazirliyi tərəfindən əks göstəriş sertifikatının vahid forması təqdim edildi. Biz də tabeliyimizdə olan 35 min təhsil işçisinə bu sertifikatları Səhiyyə Nazirliyinin göstərdiyi şəkildə əldə etmələri üçün göstəriş verdik”

 

"Düşürəm ki, hər hansı problemlərə görə narahat olub vaksin vurdurmayan, əks göstəriş arayışı alanlar vaksinlərin ciddi yan təsiri olmadığını nəzərə alaraq peyvənd vurduracaq. Nəticədə onların əksəriyyəti əks göstəriş sertifikatı almaqdan imtina edəcəklər"-deyə, o bildirib.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox