Fevralın 16-da Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul üzrə I cəhd imtahanı keçirildi. DİM tərəfindən bildirildi ki, imtahan cavabları fevralın 17-dən etibarən 3 gün ərzində elan olunacaq.
Bəs görəsən, cavablar nə zaman elan olunacaq?
AzEdu.az-ın mövzu ilə bağlı sorğusuna DİM-dən bildirildi ki, yaxın iki gün ərzində cavabların açıqlanması gözlənilir:
"Bu gün və ya sabah olması barədə dəqiq tarix demək mümkün deyil".