Azedu.az

Məleykə Abbaszadəyə “Vətənin Şərəfi” Ordeni təqdim olunub

Dövlət İmtahan Mərkəzi (DİM)

12 Mart 2025, 15:51
Məleykə Abbaszadəyə “Vətənin Şərəfi” Ordeni təqdim olunub

12 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və İstanbulda fəaliyyət göstərən Özbək Qadın Haqları Fondunun nümayəndələri arasında görüş keçirilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, qonaqları salamlayan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ölkəmizdə milli qiymətləndirmə sisteminin inkişaf yolu, innovativ təhsil metodlarının hazırlanması, bilik, bacarıq və səriştələrin ölçülməsində elmi yanaşmanın tətbiqinin əhəmiyyəti, imtahanlarda şəffaflığın təmin edilməsi, eləcə də imtahan nəticələri üzrə aparılan təhlillər barədə məlumat verib.

Daha sonra çıxış edən Özbək Qadın Haqları Fondunun prezidenti Ozoda İslomova ölkəmizdə olmaqdan məmnun olduğunu bildirib və Fondun fəaliyyyət tarixi, gördüyü işlər, qadın hüquqları ilə bağlı mübarizə yolunda əldə etdiyi uğurlar haqqında danışıb.

Ozoda İslomova Dövlət İmtahan Mərkəzi və onun İdarə Heyətinin sədri Məleykə Abbaszadənin fəaliyyətini yaxından izlədiklərini bildirib. O.İslomovo ölçmə və qiymətləndirmə sahəsində tətbiq edilən yeni metod və yanaşmalar, imtahanların rəqəmsallaşdırılması, yoxlama-ölçmə materiallarının hazırlanması, beynəlxalq səviyyədə akkreditasiya olunan standartlaşdırılmış imtahanların keçirilməsi, beynəlxalq təşkilatların fəaliyyətində iştirak və digər məsələlər nəzərə alınaraq M.Abbaszadənin türk dünyasının yüksək mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.

Ozoda İslomova Özbək Qadın Haqları Fondunun İdarə Heyətinin qərarı ilə təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və Mərkəz tərəfindən təşkil olunan imtahanların müasir tələblərə uyğun səviyyədə təşkil olunmasındakı xidmətlərinə görə M.Abbaszadəyə Fondun təsis etdiyi “Vətənin Şərəfi” Ordenini təqdim edib.

Hazırda Türkiyədə fəaliyyət göstərən Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əziz də çıxış edərək Məleykə xanımla birgə işlədiyi dövrlər, hələ Sovet dövründə xüsusi istedada və qabiliyyətə malik uşaqların tapılması, onların inkişaf etdirilməsi, “İstedad” Assosiasiyasının yaradılması, müasir təhsil modelinin hazırlanması işləri və müstəqilliyimizin ilk illərində müharibə qurbanlarının övladlarının Türkiyədə təhsili məsələləri ilə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Özbək Qadın Haqları Fondu türk dünyasında aktiv fəaliyyət göstərən xanımların, eləcə də qadın haqlarını müdafiə edən şəxslərin fəaliyyətinin araşdırılması, gender bərabərliyinin təmin olunması, zorakılığa qarşı mübarizə və s. işlərlə məşğul olur.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qonaqlar həmçinin DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olublar.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox