Azedu.az

Şagirdlər təqdimatlarla çıxış edir

Bakı Şəhər üzrə Təhsil İdarəsi

17 Mart 2025, 10:33
Şagirdlər təqdimatlarla çıxış edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin region mərhələsi keçirilir.

BŞTİdən AzEdu.az-a bildirilib ki, müsabiqənin region mərhələsində Bakı şəhəri ümumi təhsil müəssisələrinin qeydiyyatdan keçmiş şagirdlərinin təqdimatı dinlənilir. Martın 19-dək davam edəcək dinləmələrdə uğur qazanan  ən yaxşı təqdimat müəllifləri ölkə turunda iştirak hüququ qazanacaq.

Müsabiqədə qiymətləndirmə təqdimatçının mövzularla bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi, mülahizələrini bildirərkən yaradıcılıq səviyyəsi, nitqinin səlisliyi və lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması meyarlarına əsasən aparılır.

Qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Ukraynanın Kursk əməliyyatı - Ruslar darmadağın edildi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox