Azedu.az

Uşağı döyən bağça müəllimi işdən çıxarıldı

Bağçalar

Tələbə və şagird

Müəllimlər və elm adamları

9 Fevral 2025, 09:20
Uşağı döyən bağça müəllimi işdən çıxarıldı

Bakının "Orbita" uşaq bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilməsi barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

AzEdu.az xəbər verir ki, görüntülərdən sonra bağça rəhbərliyi məsələyə dərhal müdaxilə edərək araşdırma aparıb.

Araşdırma nəticəsində uşaqlara zorakılıq tətbiq edən müəllim Diana Maksimovna Bahəddinova işdən azad olunub. Bundan əlavə, bağçanın digər məsul şəxsləri barədə də intizam tədbirləri görülüb.

Bağça rəhbərliyi hadisə ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini bildirib və belə halların təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq göstərişlər verib.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox