Azedu.az

Alimlər hüceyrələrdə zülalı müdaxiləsiz izləmək üsulu tapdı

Xəbərlər

1 Dekabr 2025, 16:34
Alimlər hüceyrələrdə zülalı müdaxiləsiz izləmək üsulu tapdı

Alimlər hüceyrə daxilində zülal fəaliyyətini invaziv texnika olmadan müşahidə etməyə imkan verən yeni yanaşma üzərində işlərini yekunlaşdırıblar.

AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, yeni metod sayəsində tədqiqatçılar hüceyrələrə müdaxilə etmədən, təbii flavoproteinlər vasitəsilə zülal proseslərini izləyə biləcəklər.

Ekspertlər bildirir ki, bu yanaşma biologiya və tibb sahəsində bir sıra tədqiqatların aparılmasını sürətləndirə, xəstəliklərin molekulyar səviyyədə öyrənilməsini və yeni dərmanların inkişafını asanlaşdıra bilər. Metod, həmçinin gələcəkdə gen terapiyası və hüceyrə bioinformatikası sahələrində də tətbiq imkanlarına malikdir.

Alimlərin sözlərinə görə, flavoprotein əsaslı müşahidə üsulu hüceyrələrin təbii fəaliyyətini pozmadan zülal dinamikasını izləməyə imkan verir ki, bu da elm dünyasında əhəmiyyətli addım hesab olunur.

Putin dünyanı özünə belə güldürdü - ŞOK SÖZLƏR
Son xəbərlərDaha çox